Xocəsən poçt şöbəsində hücum – yaralanan var

14:22 17.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb edib və müqavimətlə rastlaşdığından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıblar.

H.Babayevdən 5,229 qram marixuana götürülüb.